Modern.az

Merkelin əri peyvənd olunmayan almanları qınadı

Merkelin əri peyvənd olunmayan almanları qınadı

Aktual

25 Noyabr 2021, 12:20

Almaniya kansleri Angela Merkelin əri Yoahim Zauer İtaliyanın “La Repubblica” qəzetinə bildirib ki, koronavirusa qarşı peyvənd olunmayan almanlar “tənbəldir”.

Modern.az xəbər verir ki, bu səs-küylü açıqlama Almaniyanın Die Welt jurnalında dərc olunub.


“Əhalinin 1/3-nin elmi kəşflərə əməl etməməsi təəccüblüdür. Bu, qismən almanların müəyyən təkəbbürü və özlərini sakitləşdirməyə çalışmaları ilə bağlıdır”, - Merkelin əri bildirib.

O, həmçinin deyib ki, şəxsi əqidəsinə görə peyvənd olunmayan və “peyvənd kampaniyasından” imtina etdiklərini bəyan edənlər var. 

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...