Modern.az

Goranboyda kəhrizlər bərpa olunur

Goranboyda kəhrizlər bərpa olunur

Aktual

25 Noyabr 2021, 12:16

 

Goranboy rayonunda Beynəlxalq Miqrasiya Təşkilatı və Cənubi Koreya Respublikasının birgə layihəsi əsasında, yeraltı içməli su quyularının–kəhrizlərin bərpası işlərinə start verilib.

 

Modern.az xəbər verir ki, hazırda rayonun Şəfibəyli kəndi ərazisində 7 quyunu əhatə etməklə 171 metr məsafədə kəhrizin bərpası işləri aparılır. Şəfibəyli kəndindən sonra Hacallı, Tatarlı və Səfikürd kəndlərində də kəhrizlərin bərpası işlərinin davam etdirilməsi nəzərdə tutulub.

 

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aparılan işlərlə yerində tanış oldu, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri və iş icraçıları ilə görüşdü, hazırda görülən və gələcəkdə davam etdiriləcək işlərlə bağlı müzakirələr  aparıldı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir