Modern.az

Bakıda müəllimi maşın vurub öldürdü

Bakıda müəllimi maşın vurub öldürdü

Aktual

25 Noyabr 2021, 12:27

Bakıda müəllimi avtomobil vurub.

 

Modern.az-ın məlumatına görə, Bakı şəhəri 244 saylı orta məktəbin ibtidai sinif müəllimi Təranə Kazımova yolu keçərkən onu minik avtomobili vurub.

 

Məktəbdən APA-ya bildirilib ki, hadisə Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb.

 

Qadın yolu keçərkən qəfildən yıxılıb və qarşıdan gələn avtomobil onu vurub. Qəza nəticəsində T.Kazımova hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...