Modern.az

Azərbaycanlı səfir Latviyanın müdafiə naziri ilə müzakirə apardı

Azərbaycanlı səfir Latviyanın müdafiə naziri ilə müzakirə apardı

Aktual

25 Noyabr 2021, 17:12

Noyabrın 25-də Azərbaycan Respublikasının Latviyadakı səfiri Elnur Sultanovla Latviyanın Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks arasında görüş keçirilib.

Səfirlikdən Modern.az-a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Latviya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, eləcə də iki ölkə arasında müdafiə sahəsində mövcud əlaqələrin əhəmiyyətini vurğulayıb və əməkdaşlığın dərinləşdirilməsi üçün potensialın olduğunu qeyd ediblər.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir