Modern.az

Ermənistanda daha bir hərbçi SAXLANILDI

Ermənistanda daha bir hərbçi SAXLANILDI

Aktual

25 Noyabr 2021, 17:17

Əsgər Suren Avetisyanın ölümü ilə bağlı təhqiqat çərçivəsində əsgər yoldaşlarından biri saxlanılıb.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

 

Bundan əvvəl verilən məlumata görə, noyabrın 24-də saat 14:50-də döyüş mövqelərinin birində əsgər Suren Avetisyan baş nahiyəsindən aldığı güllə yarası ilə tapılıb və xəstəxanaya aparılarkən yolda keçinib. 

 

Hadisə ilə bağlı cinayət işi başlanıb, təhqiqat davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir