"Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Modern.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Bakıda Kiprin "Omoniya" klubunu qəbul edib.
Qarşılaşma 2:2 hesabı ilə bitib.
Bu nəticədən sonra xallarınınn sayını 11-ə çatdıran Ağdam təmsilçisi İsveçrə "Bazel"i ilə birlikdə 1-2-ci yerləri bölüşdürür. "Omoniya" isə 3 xalla 3-cü sıradadır.