Modern.az

Fatih Terimə 5 oyunluq CƏZA

Fatih Terimə 5 oyunluq CƏZA

Aktual

26 Noyabr 2021, 08:30

Türkiyə Futbol Federasiyası (TFF) "Qalatasaray"ın baş məşqçisi Fatih Terimi sərt cəzalandırıb.

 

Modern.az TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, buna 68 yaşlı mütəxəssisin evdə "Fənərbağça"ya 1:2 hesabı ilə uduzduqları Superliqanın XIII tur matçında baş hakim Halil Umut Meleri təhqir etməsi səbəb olub.

 

Həmin qarşılaşmada qırmızı vərəqə ilə texniki zonadan qovulan Terim 5 oyunluq diskvalifikasiya cəzası alıb. O, derbidəki qırmızı vərəqəyə görə ümumilikdə 6 qarşılaşmada komandasının başında ola bilməyəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir