Modern.az

AvroLiqada daha 15 oyun - NƏTİCƏLƏR

AvroLiqada daha 15 oyun - NƏTİCƏLƏR

Aktual

26 Noyabr 2021, 09:16

Ötən gecə UEFA Avropa Liqasında qrup mərhələsinin 5-ci turuna yekun vurulub. 

Modern.az xəbər verir ki, ikinci oyun günündə 15 matç keçirilib “Qalatasaray” doğma meydanda "Marsel"ə 4:2 hesabı ilə qalib gələrək pley-offa yüksəlib.
“Fənərbaxça” isə Yunanıstanda “Olimpiakos”un qonağı olub və 0:1 hesabı ilə uduzub. Bununla da İstanbul təmsilçisinin Avroliqanı tərk edəcəyi və mübarizəyə Konfrans Liqasında davam edəcəyi dəqiqləşib.

5-ci turun oyunlarından sonra Avropa Liqasında növbəti mərhələyə yüksələnlərin sayı 10-a çatıb. Bunlar Almaniyanın "Ayntraxt" və "Bayer", Fransanın "Lion" və "Monako", İngiltərənin "Vest Hem", İspaniyanın "Betis", İtaliyanın "Latsio", Şotlandiyanın "Reyncers", Yunanıstanın "Olimpiakos" və Türkiyənin "Qalatasaray" komandalarıdır.


A qrupu


"Brondbü" (Danimarka) – "Lion" (Fransa) 1:3

"Reyncers" (Şotlandiya) – "Sparta" (Praqa, Çexiya) 2:0

Xal durumu: Olimpik – 15, Reyncers – 7, Sparta – 4, Brondbü – 2.


B qrupu


"Monako" (Fransa) – "Real Sosyedad" (İspaniya) 2:1

PSV (Niderland) – "Şturm Qrats" (Avstriya) 2:0

Xal durumu: Monako – 11, PSV – 8, Real Sosyedad – 6, Şturm Qrats – 1.


C qrupu


"Spartak" (Moskva, Rusiya) – "Napoli "(İtaliya) 2:1

"Lester"  (İngiltərə) – "Legiya" (Polşa) 3:1

Xal durumu: Lester Siti – 8, Spartak – 7, Napoli – 7, Legiya – 6.


D qrupu


"Olimpiakos" (Yunanıstan) –" Fənərbaxça" (Türkiyə) 1:0

"Ayntraxt" (Almaniya) – "Antverpen" (Belçika) 2:2

Xal durumu: Ayntraxt – 11, Olimpiakos – 9, Fənərbaxça – 5, Antverpen – 2.


E qrupu


"Lokomotiv" (Moskva, Rusiya) –" Latsio" (İtaliya) 0:3

"Qalatasaray" (Türkiyə) – "Marsel" (Fransa) 4:2

Xal durumu: Qalatasaray – 11, Latsio – 8, Olimpik – 4, Lokomotiv – 2.


F qrupu


"Midtyulland" (Danimarka) – "Braqa" (Portuqaliya) 3:2

"Srvena Zvezda" (Serbiya) –" Ludoqorets" (Bolqarıstan) 1:0

Xal durumu: Srvena Zvezda – 10, Braqa – 9, Midtyulland – 8, Ludoqorets – 1.


G qrupu


"Bayer" (Almaniya) – "Seltik"(Şotlandiya) 3:2

"Betis" (İspaniya) –" Ferentsvaroş" (Macarıstan) 2:0

Xal durumu: Bayer – 13, Betis – 10, Seltik – 6, Ferentsvaroş – 0.


H qrupu


"Rapid" (Avstriya) – "Vest Hem" (İngiltərə) 0:2

Dinamo (Zaqreb, Xorvatiya) – Genk (Belçika) 1:1

Xal durumu: Vest Hem – 13, Dinamo – 7, Genk – 5, Rapid – 4

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir