Modern.az

Bu gün dünya çempionatının püşkü atılacaq

Bu gün dünya çempionatının püşkü atılacaq

Aktual

26 Noyabr 2021, 09:30

Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, İsveçrənin Sürix şəhərində gerçəkləşəcək tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Püşkatma öncəsi komandalar iki səbətə bölünüb. 10 qrup qalibi arasında ən yaxşı göstəriciyə malik 6 komanda səpələnmişlər sırasında yer alıb. Bu kollektivlər pley-off matçlarına ev sahibliyi edəcəklər. Digər 4 qrup ikincisi və Millətlər Liqasından gələn 2 yığma isə səpələnməmişlər səbətində qərarlaşıb.

 

Seçmə mərhələdə öz qrupunu 2-ci sırada başa vurmuş Türkiyə millisi səpələnməmişlər səbətinə düşüb. Rusiya və Ukrayna yığmaları siyasi məsələlərə görə bir-birinə rəqib ola bilməzlər.

 

Səpələnmişlər

 

Portuqaliya

Şotlandiya

İtaliya

Rusiya

İsveç

Uels

 

Səpələnməmişlər

 

Türkiyə

Polşa

Şimali Makedoniya

Ukrayna

Avstriya

Çexiya

 

Qeyd edək ki, pley-off iştirakçısı olan 12 komanda üç "dördlük" təşkil edəcək. Yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq. Yarımfinal oyunları 2022-ci il 24-25 martda, final matçları isə 28-29 martda baş tutacaq.

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir