Modern.az

Oğurluğa görə işdən çıxarılan baş həkimin yerinə təyinat oldu

Oğurluğa görə işdən çıxarılan baş həkimin yerinə təyinat oldu

Aktual

26 Noyabr 2021, 11:06

Masallı Rayon Mərkəzi Xəstəxanasına yeni direktor əvəzi təyin olunub.

 

Modern.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

 

Qeyd olunub ki, tibb müəssisəsinin direktor vəzifəsi İlqar Ramizoğluna həvalə edilib.

 

İ.Ramizoğlu indiyədək həmin xəstəxananın həkim-kardioloqu vəzifəsində çalışıb.

 

Qeyd edək ki, Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əzizovun marketlərdən birindən oğurluq etməsi ilə bağlı görüntüləri yayılıb. O, ötən gün öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır