Modern.az

İlham Əliyev Soçidəki üçtərəfli görüşə GETDİ

İlham Əliyev Soçidəki üçtərəfli görüşə GETDİ

Aktual

26 Noyabr 2021, 11:22

Noyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyanın Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyanın Soçi şəhərinə işgüzar səfərə gedib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

 

Xatırladaq ki, bu gün Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında hərbi əməliyyatların dayandırılmasına və atəşkəsə dair razılığın imzalanmasının bir illiyinə həsr olunan görüş keçiriləcək. Görüş V.Putinin təşəbbüsü ilə reallaşacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!