Modern.az

Rusiyadan Ermənistana gələn yol bağlandı

Rusiyadan Ermənistana gələn yol bağlandı

Aktual

26 Noyabr 2021, 12:54

Rusiyanı Ermənistanla bağlayan yeganə yol olan yuxarı Lars keçid məntəqəsi yük maşınları üçün bağlanıb.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin avtomobil yolları departamenti məlumat yayıb. 

Məlumata görə, Beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində qar və aşağı temperatur səbəbindən ağır yük maşınlarının hərəkəti dayandırılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır