Modern.az

Paşinyan Soçidəki danışıqlara onları da APARDI

Paşinyan Soçidəki danışıqlara onları da APARDI

Aktual

26 Noyabr 2021, 13:40

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Rusiyaya işgüzar səfər edib.

 

Soçidə Ermənistan baş nazirinin Rusiya və Azərbaycan prezidentləri ilə üçtərəfli görüşü planlaşdırılır.

 

Ermənistanın baş naziri ilə Rusiya prezidenti arasında ayrıca görüş də baş tutacaq.

 

Modern.az xəbər verir ki, Nikol Paşinyanla birlikdə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan və baş nazir aparatının xarici əlaqələr şöbəsinin müdiri Hraçya Taşçyan da Soçiyə gedib.
Ermənistan KİV-lərinin məlumatına görə, erməni media nümayəndələri bu dəfə baş naziri  müşayiət etmirlər.

Ermənistan KİV-ləri yazır ki, Hraçya Taşçyan Nikol Paşinyanın Azərbaycanla danışıqlar aparan nümayəndəsidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir