Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov karantin qaydalarının tələblərinə uyğun olaraq vətəndaşları qəbul edib.
Modern.az xəbər verir ki, qəbul zamanı sakinləri narahat edən məsələlər, təkliflər və s. ilə bağlı müraciətlərini səsləndiriblər.
Vətəndaşların müraciətləri dinlənildikdən sonra onların problemlərinin aidiyyatı üzrə qeydiyyata alınması və məsələlərin həll edilməsi üçün müvafiq göstərişlər verilib.
Qəbulda iştirak edən Şəhər sakinləri müraciətlərinə diqqətlə yanaşıldığı üçün məmnunluqlarını bidirmişlər.