Modern.az

Deputat 9 saat seçiciləri qəbul etdi - FOTO

Deputat 9 saat seçiciləri qəbul etdi - FOTO

Aktual

26 Noyabr 2021, 14:35

Milli Məclisin deputatı Jalə Əhmədova noyabrın 25-də Salyan şəhərində növbəti dəfə seçici qəbulu keçirib.

 

Modern.az xəbər verir ki, səhər saat 10:30-dan axşam saat 20:45-ə qədər davam edən qəbul zamanı 51 nəfər seçicini fərdi qaydada qəbul edən millət vəkili, ərizə və müraciətləri qəbul edib, səsləndirilən məsələlər barədə özündə qeydiyyatlar aparıb. 

 

J.Əhmədova problemlərin həlli istiqamətində bacardığı köməkliyi əsirgəməyəcəyini seçicilərinin diqqətinə çatdırıb.

 

Şəhid ailələri, qazilər və müharibə iştirakçılarının üstünlük təşkil etdiyi qəbulda işsizlik, pensiya və torpaq məsələləri qeyd olunub. Bir neçə vətəndaş məhkumluq həyatı yaşayan yaxınlarının əfv edilməsi məsələsi ilə bağlı müraciət edib. 

 

Qazilər yenə də işsizlikdən şikayətlənib, onların işlə təmin olunmalarına köməklik göstərilməsini xahiş ediblər. 

 

Deputatın keçirdiyi vətəndaş qəbuluna təşəkkür üçün gələn seçicilər də olub. Onlar problemlərinin həllində  göstərdiyi köməkliyə görə Jalə Əhmədovaya minnətdarlıqlarını ifadə ediblər.

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir