Modern.az

Peyvəndlənənlərin statistikası

Peyvəndlənənlərin statistikası

Aktual

26 Noyabr 2021, 15:15

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30893 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3745, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5213, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21935 nəfərdir.

 

Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 10426930, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5067433, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4549652, buster doza üzrə vaksinasiya olunanların sayı isə 809845 təşkil edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır