Bu gün deputat Azay Quliyev Azadlıq prospekti, 184 ünvanında seçiciləri ilə görüş keçirib.
Modern.az xəbər verir ki, görüşdə iştirak edən seçicilər Səttar Bəhlulzadə küçəsi 23 saylı binada mülkiyyət hüququ olan sakinlərə verilməli olan kompensasiya, sosial təminat, kommunal və məşğulluqla əlaqədər problemlər haqqında deputata müraciətlərini çatdırıblar. Görüşdə seçicilərin qaldırdığı bir sıra məsələlərin həlli ilə bağlı qərarlar qəbul edilib.
Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli istiqamətində müfaviq addımların atılacağını bildirib.
Görüşdə Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin 2 saylı Binəqədi və Nərimanov rayon şöbəsinin müdiri Cahandar Axundov iştirak edib.