Modern.az

ABŞ səfirliyi azərbaycanlı əməkdaşlarının şərəfinə zeytun ağacları əkdi - FOTO

ABŞ səfirliyi azərbaycanlı əməkdaşlarının şərəfinə zeytun ağacları əkdi - FOTO

Aktual

26 Noyabr 2021, 16:50

ABŞ Səfirliyinin amerikalılardan ibarət olan işçi heyəti 335 nəfərdən çox yerli işçinin əməyini təqdir etmək üçün hər bir azərbaycanlı əməkdaşının şərəfinə bir zeytun ağacını ianə edib.

 

Modern.az xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi “Facebook” səhifəsində paylaşılıb.

 

Məlumatda bildirilir:

 

“Səfirlik bu ianə ilə bütün yerli işçilərimizin nümunəvi xidmətini qiymətləndirir, fədakarlıqlarına və gərgin əməklərinə görə onlara təşəkkür edir. Ağaclar Bakı Şəhəri Pirallahı rayonunda əkilib. Səfir Litzenberqer ağac əkilməsi tədbirini qeyd etmək üçün bir neçə yerli işçi, o cümlədən, Yerli İşçilərin Assosiasiyasının nümayəndələri ilə birlikdə tədbirdə iştirak edib”.

 

Qeyd edək ki, Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri də iştirak ediblər.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir