Modern.az

Noyabrın sosial ödənişləri başa çatdı

Noyabrın sosial ödənişləri başa çatdı

Aktual

26 Noyabr 2021, 17:08

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün, noyabrın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının da ödənilməsi təmin edilib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, vətəndaşlar sosial ödənişlərini kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

 

Qeyd edək ki, noyabrın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar, noyabrın 15-də isə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə pensiyalar ödənilib.

 

Beləliklə, noyabr ayının bütün sosial ödənişləri başa çatdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenski tarix açıqladı - Müharibə dayandırılır? - Gündəm Masada