Modern.az

Mövsüm Mövsümov Azərbaycana GƏTİRİLDİ

Mövsüm Mövsümov Azərbaycana GƏTİRİLDİ

Aktual

26 Noyabr 2021, 17:12

Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin  vəsatəti əsasında Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında"  22 yanvar 1993-cü il tarixli Konvensiyaya əsasən Azərbaycan Respublikasının vətəndaşı Mövsümov Mövsüm Vaqif oğlunun ekstradisiyası haqqında qərar qəbul edilib.

 

 

Bu barədə Baş Prokurorluqdan Modern.az-a verilən məlumatda bildirilib.

 

M.Mövsümov  barəsində  etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməlini törətməsinə dair əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı, Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat idarəsində barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan edilib.

 

2021-ci ilin may ayında şəxs Ukrayna ərazisində müəyyən edilərək həbs olunub.

 

26 noyabr 2021-ci ildə  Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə M.Mövsümov   Ukraynadan Azərbaycana gətirilib.

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir