Modern.az

GUAM-a sədrlik Moldovaya keçəcək

GUAM-a sədrlik Moldovaya keçəcək

Aktual

26 Noyabr 2021, 18:48

2022-ci ildə GUAM təşkilatına sədrliyi Moldova edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın Milli Koordinatorlar Şurasının onlayn formatda keçirilən 57-ci toplantısında bildirilib.

 

Gürcüstanın xarici işlər nazirinin müavini Teymuraz Cancaliya ölkənin GUAM-a builki sədrliyi dövründə pandemiyaya baxmayaraq, əldə olunan nəticələr barədə məlumat təqdim edib. O, gələn il sədrliyi təhvil alacaq Moldovaya uğurlar arzulayıb.

 

Azərbaycanı toplantıda xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı