Modern.az

Bu yollar 2 gün bağlı olacaq

Bu yollar 2 gün bağlı olacaq

Aktual

26 Noyabr 2021, 19:07

Sabah saat 08:00-dan noyabrın 28-i saat 18:00-a kimi paytaxtın Nərimanov rayonunun Heydər Əliyev prospektində (“Bağırov” körpüsünün alt hissəsində mərkəz istiqamətində, yan yolda) və Nəsimi rayonu ərazisindəki Rəşid Məmmədov küçəsində (Xutor körpüsündən düşəndə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

 

“Qeyd olunan müddət ərzində ərazidə sıxlığın və tıxacın yaranmaması üçün sürücülərdən əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir