Modern.az

DÇ-nin pley-off mərhələsinin püşkü atıldı  

DÇ-nin pley-off mərhələsinin püşkü atıldı  

Aktual

26 Noyabr 2021, 20:48

Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində təşkil edilən püşkatma saat 20:00-da başlayıb. Tədbir İctimai Televiziya vasitəsilə canlı yayımlanıb.

 

Püşkə əsasən aşağıdakı komandalar üz-üzə gələcək:

 

A yolu

 

Yarımfinal

 

1. Şotlandiya - Ukrayna

 

2. Uels - Avstriya

 

Final

 

1 cütünün qalibi - 2 cütünün qalibi

 

B yolu

 

Yarımfinal

 

1. Rusiya - Polşa

 

2. İsveç - Çexiya

 

Final

 

1 cütünün qalibi - 2 cütünün qalibi

 

C yolu

 

Yarımfinal

 

1. İtaliya - Şimali Makedoniya

 

2. Portuqaliya - Türkiyə

 

Final

 

1 cütünün qalibi - 2 cütünün qalibi

 

Hər qrupda 1 görüşdən ibarət yarımfinal və final oyunları keçiriləcək. Yarımfinal oyunları 24-25, final görüşləri isə 28-29 martda olacaq.

 

Mundialın final mərhələsinin püşkatma mərasimi isə apreldə gerçəkləşəcək.

 

Qeyd edək ki, bu dünya çempionatı futbolu tarixində ilk dəfə yay aylarında yox noyabr-dekabrda keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir