Modern.az

Sərhədin demarkasiyası mexanizmləri YARADILIR

Sərhədin demarkasiyası mexanizmləri YARADILIR

Aktual

26 Noyabr 2021, 21:08

İlin sonuna kimi Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmləri yaradılacaq.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

 

V.Putin qeyd edib ki, sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı heç bir maneə yoxdur.

 

Rusiya lideri Soçidə Azərbaycan və Ermənistan liderləri ilə keçirilmiş görüşü məhsuldar adlandırıb:

 

"Biz çox konstruktiv işlədik, vəziyyəti dərindən təhlil etdik".

 

V.Putin deyib ki, gələn həftə baş nazirin müavinləri səviyyəsində görüş keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...