Modern.az

“YAŞAT” Fondu ağır yaralanmış qazini müalicə etdirdi

“YAŞAT” Fondu ağır yaralanmış qazini müalicə etdirdi

Aktual

27 Noyabr 2021, 12:00

Vətən müharibəsinin qazisi, Füzuli rayonunun Aşağı Yağlıvənd kənd sakini Rüstəmli İlkin Elçin oğlu "YAŞAT” Fondunın dəstəyilə Türkiyədəki müalicəsini bitirərək, Azərbaycana dönüb. Modern.az xəbər verir ki, qazi doğma kəndində təntənə ilə qarşılanıb və onun şərəfinə qurbanlar kəsilib.
Mərasimdə rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ictimayyəti nemayəndələri, məktəblilər iştirak edib.
İcra başçısı Alı Alıyev çıxış edərək, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun mənfur düşmənin işğalı altında olan torpaqlarımızı azad ediləmsindən danışıb. Torpaqlarımızın işğaldan azad olunması şəhidlərimizin, qazilərimizin canı, qanı hesabına nail olunmağını xüsusiilə vurğulayıb.

Qazi İlkin Rüstəmli göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və rayon rəhbərliyinə xüsusi minnatdarlığını bildirib.

Rüstəmli İlkin Elçin oğlu 22 iyul 1999-cu ildə Füzuli rayonu Aşağı Yaglıvənd kəndində anadan olub. Hərbi xidmətini Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində keçib. O, kiçik çavuş kimi 44 günlük Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Xocavənd, Şuşa istiqamətindəki döyüşlərdə yüksək şücaət göstərib. Oktyabr ayının 22-də Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə ağır yaralanıb.
Qazi “Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları və "Rəşadət ordeni" ilə təltif olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir