Modern.az

11 yaşlı piyada vuruldu

11 yaşlı piyada vuruldu

Aktual

28 Noyabr 2021, 10:08

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

 

Avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Əbülfəzov Sahib Aftandil oğlunu vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi, sağ bazu sümüyünün yerdəyişən sınığı diaqnozları qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır. (Report)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir