Rusiyanın “Sputnik V” peyvəndinin Avropada tanınması siyasi məsələdir.
Modern.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyyarto deyib.
“Bu, siyasi və ideoloji məsələdir. Mən bundan çox məyus oldum... Qərbi avropalı həmkarlarımla nə vaxt danışsam, rus peyvəndinin çox təsirli olduğunu və yaxşı işlədiyini iddia etmələri məni qıcıqlandırır... Amma təkbətək deyilən bütün bu sözlərə baxmayaraq, ictimaiyyət tamamilə fərqlidir”.
Nazir qeyd edib ki, Budapeşt “Sputnik V” dərmanının istifadəsinə icazə verdikdən sonra sərhədlərini aça və iqtisadiyyatı bərpa edə bildi.