Yeni Zelandiyalı siyasətçi Culie Anna Genter bu gün səhər doğum ağrıları artdıqdan sonra velosipedlə xəstəxanaya gedib.
Modern.az xəbər verir ki, səhər xəstəxanaya çatan vəkil bir saat ərzində doğum edib.
Genterin xəstəxanaya velosiped sürərkən fotoları sosial mediada gündəm olub.
“Səhər radələrində ailəmizin yeni üzvünü qarşıladıq. Mən xəstəxanaya velosipedlə getməyi planlaşdırmırdım, amma sonda belə oldu",- deyə o bildirib.