Modern.az

6 gürcü Polşa sərhədində saxlanıldı

6 gürcü Polşa sərhədində saxlanıldı

Aktual

28 Noyabr 2021, 11:25

Polşa Sərhəd Xidməti 6 Gürcüstan vətəndaşını Polşa-Belarus sərhədində saxlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Polşanın Sərhəd Xidməti məlumat yayıb. Məlumatda qeyd olunub ki, saxlanılan 6 nəfər Gürcüstan vətəndaşı digər ölkə miqrantlarına sərhədi qanunsuz keçmələrinə kömək göstəriblər.

 

Xidmətdən qeyd olunub ki, ötən gün sərhədi 206 qanunsuz keçmə cəhdinin qarşısı alınıb, 100-dən çox miqrant Polşa sərhədçilərinə hücum edib. İnsident zamanı iki sərhədçi xəsarət alıb.

Sizə yeni x var
Keçid et
Zelenski tarix açıqladı - Müharibə dayandırılır? - Gündəm Masada