Modern.az

Ərdoğan və Rəisi görüşdü

Ərdoğan və Rəisi görüşdü

Aktual

28 Noyabr 2021, 11:51

Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan və İbrahim Rəisi Türkmənistanın paytaxtı Aşqabadda görüşüblər.

 

Prezidentlər iki ölkə arasındakı əlaqələri və regional məsələləri müzakirə ediblər.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, görüş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti, 15-ci sammiti çərçivəsində baş tutub.

 

Qeyd edək ki, bu gün Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti, 15-ci sammiti keçirilir. Zirvə görüşü zamanı ölkə liderləri İƏT məkanında regional iqtisadi əməkdaşlığın əsas mövzuları ətrafında fikir mübadiləsi aparacaq, həmçinin Türkmənistanın İƏT və onun nizamnamə orqanlarında sədrliyinə yekun vuracaqlar.

 

Sammitin sonunda yekun Bəyannamənin qəbulu gözlənilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir