Modern.az

İran basketbolunda ilk: "Ginnes"ə düşdü

İran basketbolunda ilk:

Aktual

28 Noyabr 2021, 11:59

İranlı şəxs ilk dəfə basketbol sahəsi üzrə “Ginnesin rekordlar kitabı”na düşüb.

 

Modern.az xəbər verir ki, 48 yaşlı Əlireza Sadeqi 15 metr məsafədən, yəni peşəkar basketbol meydançasının ortasından da daha uzaq bir yerdən ovuc içi zərbəsi ilə basketbol topunu səbətə salmağı bacarıb.

 

Sadekinin özü uşaqlıqda yanlış dərman müalicəsi səbəbindən fiziki məhdudiyyətli olub.

 

Onun sağ ayağı iflic olsa da, bu, onun idmanla məşğul olmasına, basketbol və futbol oynamasına mane olmur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir