Fransa koronavirusun "omikron" ştamının yayılması fonunda Afrikanın cənubundakı yeddi ölkə ilə nəqliyyat əlaqələrinə qoyulan qadağanı dekabrın 1-dək uzadıb.
Modern.az "CNN"ə istinadən xəbər verir ki, qadağa Cənubi Afrika, Namibiya, Zimbabve, Botsvana, Lesoto, Esvatini və Mozambikə aiddir.
Bundan əvvəl bu ölkələrdən Fransaya gediş-gəliş qadağasının noyabrın 29-dək davam edəcəyi deyilirdi.