Modern.az

"Taliban" rəsmisi türk diplomata söz verdi

Aktual

28 Noyabr 2021, 12:34

Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hərəkatı 2022-ci ilədək ölkənin bütün ərazisində qızlar üçün məktəblərin açılacağı bəyan edib.

 

 

Modern.az "İnterfax"a istinadla xəbər verir ki, "Taliban"ın bu sözünü tutacağı bildirilib.

 

“Yeni təhsil planı hazırlanandan sonra növbəti il bütün ölkədə qızlar üçün məktəblər açılacaq”, - deyə Türkiyənin Əfqanıstandakı səfiri ilə görüşən “Taliban” rəsmisi Əbdül Kəbir vurğulayıb.

 

“Taliban” rəhbərliyində təmsil olunan şəxs əlavə edib ki, hazırda Əfqanıstanda qadınlar pasport idarələrində, hava limanlarında, səhiyyə sektorunun müxtəlif qurumlarında və əksər əyalətlərdəki məktəblərdə öz fəaliyyətlərini sərbəst şəkildə davam etdirirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir