Modern.az

Regionun sülhsevər oyunçusu: Qalib Azərbaycanın Soçi zəfəri

Regionun sülhsevər oyunçusu: Qalib Azərbaycanın Soçi zəfəri

Aktual

28 Noyabr 2021, 12:44

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu.

 

 

Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli Ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı.
44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan möhtəşəm bir Zəfər qazanaraq, bu müharibəni tarixin qızıl səhifələrinə həkk etdi. Dövlətimizin hərbi-diplomatik qələbəsi ilə nəticələnən bu müharibə regiondakı liderliyimizi gücləndirməklə bərabər, dünya siyasətində mövqeyimizin möhkəmlənməsinə də səbəb oldu. Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızın davam etməsini şərtləndirdi.

 

 


Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi qələbə 2021-ci il noyabrın 26-da keçirilən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşündə əldə edilmiş üstünlüklərlə bir daha təsdiqləndi. Görüşdə bir sıra məsələlər, o cümlədən kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri müzakirə olunub. Üçtərəfli görüşün nəticələri müsbət qiymətləndirilir.

 

 

Azərbaycan öz hədəflərinə nail olub. Xüsusilə, avtomobil və dəmir yollarının açılışı üzrə layihələrin işə salınması barədə qərar qəbul edilib.
Türkiyə Prezident Administrasiyasının görüşdən sonra yaydığı məlumatda Cənubi Qafqazda sabitlik təkcə Türkiyənin deyil, regionun bütün ölkələrinin marağında olduğu vurğulanıb.
Soçi görüşündə əldə edilən razılaşma Cənubi Qafqazda sülh regionun iqtisadi inkişafına, eləcə də kommunikasiyaların açılmasına xidmət edəcək. Türkiyə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşünü yüksək qiymətləndirir.

 

 

Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra Soçi görüşü Cənubi Qafqazda dayanıqlı sülhə doğru daha bir addımdır", - deyə administrasiyadan bildirilib.
Soçi görüşü haqqında fikirlərini paylaşan yerli ekspertlər də bu toplantının Azərbaycan üçün məhsuldarlığını xüsusi qeyd ediblər. Milli Məclisin deputatı Naqif Həmzəyevin sözlərinə görə, Soçidə əldə olunmuş razılığa söykənərək onu deyə bilərik ki, Rusiya ən qısa zamanda sülhün şahidi olmaq istəyir:

 

 


“Kreml Azərbaycan-Rusiya-Ermənistan münasibətlərini əsas götürərək “3+3” formatında münasibətlərin qurulmasında və inkişaf etdirilməsində maraqlıdır. Ən qısa zamanda Rusiyanın birbaşa dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sülh əldə oluna bilər. Çünki faktiki olaraq Azərbaycan üstün olan tərəfdir. Bakı İrəvan qarşısında üstün tərəf olmasına baxmayaraq, yenə də humanist addımlar atır.

 

 

Azərbaycan Ermənistanla ən qısa zamanda, qarşılıqlı olaraq sərhədlərin tanınması, sülh anlaşmasının imzalanması, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması və kommunikasiya xəttlərinin açılmasında maraqlıdır. Eyni zamanda, Azərbaycan buna hazır olan tərəfdir. Ermənistan da dünən buna hazır olduğunu bildirdi.

 

 

Ümid edirik ki, İrəvan bu sözünün üstündə duracaq. Rusiyanın vasitəçiliyi ilə bu problemin öz həllini tapacağına inanırıq. Ümumilikdə Rusiya-Azərbaycan əlaqələrini yüksək dəyərləndirirəm”.
Siyasətçi Elxan Şükürlü isə hesab edir ki, böyük diqqətlə izlənən Soçi görüşündən sonra mətbuata açıqlanan mövqelərdən, imzalanan və səsləndirilən bəyanatlardan Azərbaycan bu mərhələ üçün də istəyinə çatdığı aydın olur:

 

 


“Hər şeydən əvvəl, ona nail olunub ki, bu dəfə konkret vaxt müəyyənləşdirməklə, Paşinyanın prosesi müxtəlif bəhanələrlə növbəti dəfə sürümək və uzatmaq cəhdinin qarşısı alınıb. Tərəflər arasında bir-birinin ərazi bütövlüyünün və dövlət suverenliyinin tanınmasının və yekun sülh sazişinin imzalanmasının tezləşdirilməsinin vacibliyini bildirən Rusiya prezidenti Putin mətbuat konfransında elan edib ki, bu ilin sonunadək xüsusən də iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərini yaratmaq barədə razılığa gəliblər. Eyni zamanda o, məsələ üzərində işləyən baş nazirlərin müavinlərinin gələn həftə toplaşacaqlarını, müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdıqları, qəbul etdikləri qərarları elan etmək üçün Moskvada toplaşacaqlarını açıqlayıb".

 


Politoloqun fikrincə, ikinci mühüm bəyanat isə “biz bu görüşdə gündəlikdə olan bütün məsələləri açıq müzakirə etdik” - deyən və növbəti dəfə əvvəlki razılaşmalara əməl etmək öhdəliyi götürən Paşinyanın dilindən səsləndirilib:

 


"O, mətbuat konfransındakı çıxışını belə yekunlaşdırıb: “Mən Ermənistanın və Ermənistan xalqından mandat almış Ermənistan hökumətinin ölkəmiz üçün, bizim region üçün dinc inkişaf erasının başlanmasına hazır olduğunu təsdiq edirəm”... Beləliklə, sülh danışıqlarına Qərbin də cəlb ediləcəyi 15 dekabra - Brüsselə planlaşdırılan görüşədək, razılaşdırılmış qərarların nədən ibarət olunduğunun açıqlanacağı daha bir görüş də Moskvada keçiriləcək".

 

Aysel Aslan

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda dərc olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir