Modern.az

Azad olunan ərazilərdə daha 37 mina AŞKARLANDI

Azad olunan ərazilərdə daha 37 mina AŞKARLANDI

Aktual

29 Noyabr 2021, 10:08

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

 

Agentlikdən Modern.az-a verilən məlumata görə, noyabrın 22-dən 27-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 1 piyada əleyhinə mina, 36 tank əleyhinə mina və 14 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

 

Bildirilib ki, 50 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir