Modern.az

Saakaşvili bu gün məhkəməyə çıxarılır - FOTO

Saakaşvili bu gün məhkəməyə çıxarılır - FOTO

Aktual

29 Noyabr 2021, 10:36

Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili bu gün "7 noyabr" işi üzrə Tbilisi Şəhər Məhkəməsində keçiriləcək məhkəmə iclasında iştirak edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Xüsusi Penitensiar Xidmət məlumat yayıb.

 

Artıq sabiq Prezident hazırda müalicə aldığı Qori Hərbi Xəstəxanasından Xüsusi Penitensiar Xidmətə məxsus avtomobil karvanı ilə Tbilisi Şəhər Məhkəməsinə aparılıb.

 

Məhkəmə prosesi ilə əlaqədar binanın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, məhkəmə binasının daxili və xaricinə çox sayda polis və su şırnağı maşını cəlb edilib. İclasla əlaqədar sabiq Prezidentin çox sayda tərəfdarı da məhkəmə binasının ətrafına toplaşıb.

 

Qeyd edək ki, M. Saakşavili 7 noyabr 2007-ci ildə hökumət əleyhinə etiraz aksiyasını zorakılıqla dağıtmaqda, İmedi TV-yə basqın təşkil etməkdə və milyarder Badri Patarkatsişviliyə məxsus əmlakı qanunsuz ələ keçirməkdə ittiham edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir