Modern.az

Sumqayıtda mənzildə kişi meyiti tapıldı

Sumqayıtda mənzildə kişi meyiti tapıldı

Aktual

29 Noyabr 2021, 10:14

Sumqayıtda evdə meyit aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi ( FHN ) məlumat yayıb.

 

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı bildirilib.

 

FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Cəfərov Həmzəli Cəfər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir