Modern.az

“Yüksəliş” müsabiqəsinə 1 milyon manat ayrıldı

“Yüksəliş” müsabiqəsinə 1 milyon manat ayrıldı

Aktual

9 Dekabr 2021, 16:55

Prezident İlham Əliyev 2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər və “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, sərəncama əsasən, 2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezident ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb.

 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etsin.

 

3. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

4. “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1293) 2-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsinin tərkibi aşağıdakı redaksiyada verilsin:

 

“Təşkilat Komitəsinin sədri

 

Fərəh Əliyeva - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının

 

Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

 

Təşkilat Komitəsinin üzvləri

 

Anar Ələkbərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi

 

Fərid Qayıbov - Azərbaycan Respublikasının gənclər və idman naziri

 

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyat naziri

 

Emin Əmrullayev - Azərbaycan Respublikasının təhsil naziri

 

Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri

 

Sahil Babayev - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

 

Məleykə Abbaszadə - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin

 

Direktorlar Şurasının sədri

 

Ülvi Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı

 

Balakişi Qasımov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı