İranın neft naziri Cavad Ovci Tehranda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Modern.az İran mətbuatına istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin, neft və qaz sahəsində Tehran-Bakı əməkdaşlığının inkişafınının vacibliyi vurğulanıb.
Tərəflər ikitərəfli ticarət əlaqələrinə toxunub, qaz sahəsində əməkdaşlığın inkişafı, İran, Azərbaycan və Türkmənistan arasında üçtərəfli qaz mübadiləsi sazişinin icrası və sazişin icra mərhələlərinin hazırlanmasını müzakirə ediblər.
Enerji sahəsində əlaqələrin inkişafı və Xəzər dənizi regionunda əməkdaşlığın gücləndirilməsi Azərbaycan nümayəndə heyətinin ilə danışıqlarının mövzularından olub.