Modern.az

Vasif Talıbov tarix müəlliminə yüksək vəzifə verdi

Vasif Talıbov tarix müəlliminə yüksək vəzifə verdi

Aktual

9 Dekabr 2021, 17:42

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinə yeni müdir təyin olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Ali Məclisin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Emin Məmmədəli oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri təyin edilib.

 

Qeyd edək ki, Emin Məmmədov bundan əvvəl Naxçıvan Dövlət Universitetinin “Ümumi tarix” kafedrasında müəllim işləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!