Modern.az

“Azərişıq”ın iki əməkdaşı BIÇAQLANDI

“Azərişıq”ın iki əməkdaşı BIÇAQLANDI

Aktual

9 Dekabr 2021, 17:57

Ağdamda abonent “Azərişıq”ın iki işçisini bıçaqlayıb, birini döyüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndində baş verib.

 

“Azərişıq” ASC-nin Ağdam Elektrik Şəbəkəsi idarəsinin əməkdaşları Mirzəyev Taryel və Mirzəyev Şükür borclu abonent tərəfindən bıçaqlanıblar. İdarənin digər işçisi Elşən Əzizovu isə döyülüb. İlkin məlumata görə, hadisəni törədən şəxs borcu çox olduğundan elektrikin verilişinin dayandırmaq üçün gələn işçilərə qarşı bu hərəkəti edib.

 

Faktla bağlı araşdırma aparılır. Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı