Modern.az

Fərid Qayıbov daha bir federasiyada - FOTOLAR

Fərid Qayıbov daha bir federasiyada - FOTOLAR

Aktual

9 Dekabr 2021, 18:10

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Stolüstü Tennis Federasiyasında olub.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, federasiyanın fəaliyyəti ilə tanış olan F.Qayıbov idmançıların məşq proseslərini izləyib, onlarla söhbət edib və məşqçilərlə fikir mübadiləsi aparıb.

 

Federasiyanın vitse-prezidenti Fazil Məmmədov qarşıdakı yarışlar, hazırlıq və gələcək iş planı barədə nazirə məlumat verib. Yığma üzvləri üçün yaradılmış şəraitlə tanışlıqdan sonra F.Qayıbov bir sıra tövsiyələr verib və idmançılara uğurlar arzulayıb.

 

Federasiya üzvləri ilə görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı