Modern.az

Məhkəmədən Prokurorluğun sorğusu ilə bağlı qərar

Məhkəmədən Prokurorluğun sorğusu ilə bağlı qərar

Aktual

9 Dekabr 2021, 18:55

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə məhkəmədən məlumat verilib.

 

İclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 16-cı və 75-ci maddələrinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

 

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun gələn il yanvarın 6-na təyin edilən iclasında baxılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı