Modern.az

BMT Efiopiyaya ərzaq yardımını dayandırıb

BMT Efiopiyaya ərzaq yardımını dayandırıb

Aktual

9 Dekabr 2021, 21:15

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (ÜƏP) ərzaq mağazalarının qarət edilməsindən sonra Efiopiyanın şimalındakı iki şəhərə ərzaq tədarükünü dayandırmaq məcburiyyətində qalıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı məlumat yayıb.

 

Ərzaq mağazalarının Tiqray silahlıları tərəfindən oğurlandığı bildirilir.

 

Birləşmiş Millətlər Təşkilatı də qarət zamanı işçilərin ciddi təhdidlərə məruz qaldığını bildirib.

 

Təşkilat qeyd edib ki, humanitar yardımın silahlılar tərəfindən bu şəkildə zədələnməsi qəbuledilməzdir.

 

BMT, həmçinin hökumət qüvvələrini ÜƏP-nin üç humanitar yardım maşınını müsadirə etməkdə və onlardan öz məqsədləri üçün istifadə etməkdə ittiham edib.

 

2018-ci ildə Efiopiyada 27 il hakimiyyətdə qaldıqdan sonra hökuməti tərk etmək məcburiyyətində qalan Tiqray Xalq Azadlıq Cəbhəsi (TPLF) ötən ilin noyabrında Tiqray bölgəsində qiyama başlayıb. Ölkədə bir ildən artıqdır ki, döyüşlər davam edir. Efiopiyanın şimalında yaşayan insanlar Tiqraylarla hökumət qüvvələri arasında davam edən vətəndaş müharibəsinə görə aclıqdan əziyyət çəkirlər. 

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı