Ermənistanda Vardenis şəhərinin keçmiş meri Aram Harutyunyan vəzifə səlahiyyətlərindən sui-istifadə, dələduzluq və digər cinayətlərə görə açılan işlə bağlı saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
O, vəzifədə olduğu dövr ərzində 231,9 milyon dram (təxminən 465 min ABŞ dolları) mənimsəyib.
İlkin araşdırma zamanı 2017-2018-ci illərdə bu vəzifəni tutmuş keçmiş mer mənimsəmə faktını etiraf edib.