Modern.az

Şəhid hərbçimiz dəfn olundu - FOTOLAR (YENİLƏNİB)

Şəhid hərbçimiz dəfn olundu - FOTOLAR (YENİLƏNİB)

Aktual

9 Dekabr 2021, 22:50

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz əsgər Asif Əliyev dəfn edilib. 

 

Modern.az xəbər verir ki, 2002-ci il təvəllüdlü əsgər Əliyev Asif Adil oğlu Siyəzənin Zarat kəndində torpağa tapşırılıb. 

 

***

21:45

 

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan hərbi qulluqçu Asif Əliyevlə Siyəzəndə vida mərasimi keçirilir.

 

Modern.az xəbər verir ki, şəhid əsgər Əliyev Asif Adil oğlunun cənazəsi Siyəzən rayonunun Zarat kəndinə, evlərinə gətirilib.

 

Evin tək oğlu olan A. Əliyevin hərbi xidmətinin başa çatmasına 20 gün qalmışdı.

 

Asif Əliyev Vətən müharibəsinin iştirakçısı olub, "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

 

Şəhidin atası Adil Əliyev Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.

 

 




Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!