Modern.az

Azərbaycan kubokunda yeni mövsüm

Azərbaycan kubokunda yeni mövsüm

Aktual

10 Dekabr 2021, 00:10

Bu gün futbol üzrə Azərbaycan kubokunda 2021/22 mövsümünə start veriləcək.

 

Modern.az xəbər verir ki, sayca yubiley – 30-cu mövsüm 1/8 final mərhələsi ilə başlayacaq.

 

Son illərin formalaşan ənənəsinə əsasən, bu raundda Premyer Liqa təmsilçiləri I divizion klublarını sınağa çəkir. İlk oyun günündə 2 qarşılaşma baş tutacaq.

 

Hər iki qarşılaşmada meydan sahibi aşağı liqa komandası olacaq. I divizionun ortababı olan “Zaqatala” doğma meydanda Premyer Liqanın autsayderi “Səbail”i büdrətməyə çalışacaq.

 

Öz liqalarında ikinci olanların dueli “Dalğa Arena”da təşkil olunacaq. Premyer Liqanın ikincisi olan “Qəbələ” I divizionda eyni mövqedə qərarlaşan MOİK-in qonağı olacaq.

 

Qeyd edək ki, 1/8 finalın digər iki görüşü sabah baş tutacaq. “Keşlə” “Qaradağ Lökbatan”ı, “Sabah” “Kəpəz”i qəbul edəcək.

 

Azərbaycan kuboku

1/8 final

10 dekabr (cümə)

14:00. “Zaqatala” – “Səbail”

Baş hakim: Tural Qurbanov

Zaqatala Olimpiya İdman Kompleksinin stadionu

 

17:00. MOİK – “Qəbələ”

Baş hakim: Fərid Hacıyev

“Dalğa Arena”

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı