Modern.az

"Qarabağ"ın pley-offdakı RƏQİBLƏRİ

Aktual

10 Dekabr 2021, 07:13

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

 

Modern.az xəbər verir ki, Ağdam təmsilçisi 1/8 finala vəsiqə uğrunda Avropa Liqasında qruplarını 3-cü pillədə başa vurmuş komandalardan biri ilə qarşılaşacaq.

 

Bunlar Çexiyanın "Sparta" (Praqa), Niderlandın PSV, İngiltərənin "Lester", Türkiyənin "Fənərbağça", Fransanın "Marsel", Danimarkanın "Midtüllan", Şotlandiyanın "Seltik" və Avstriyanın "Rapid" (Vyana) komandalarıdır.

Qeyd edək ki, pley-off mərhələsinin püşkü dekabrın 13-də atılacaq. Oyunlar isə fevralın 17-də və 24-də keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!