Modern.az

Azərbaycan UEFA reytinqində gerilədi

Azərbaycan UEFA reytinqində gerilədi

Aktual

10 Dekabr 2021, 07:53

Azərbaycan UEFA reytinqində bir pillə geriləyib.

 

Modern.az xəbər verir ki, buna "Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsinin VI turunda İsveçrədə "Bazel"ə 0:3 hesabı ilə uduzması səbəb olub. Ölkə 25-ci sıradan 26-cı yerə enib.

 

Rumıniyada Çexiya "Yablonets"ini 2:0 hesabı ilə üstələyən ÇFR (Kluj) komandası ölkəsinin aktivinə 0,500 xal yazdırıb.

Beləliklə, 17,150 xala malik Rumıniya 25-ci olub. Hazırda 17,000 xalla 26-cı yerdə gedən Azərbaycan 27-ci pillədəki Macarıstandan 0, 625 xal öndədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı