Modern.az

ABŞ-ın müdafiə nazirindən İrana XƏBƏRDARLIQ

ABŞ-ın müdafiə nazirindən İrana XƏBƏRDARLIQ

Aktual

10 Dekabr 2021, 14:30

“İranın terrorçuluğa verdiyi dəstək və nüvə proqramı ilə bağlı İsrailin narahatlığını bölüşürük”.

 

Modern.az xarici KİV-lərə istinadən məlumat verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin israilli həmkarı Beni Qants ilə görüşdə deyib.

 

O, İsrailin İranın nüvə proqramı ilə bağlı mövqeyini dəstəklədiyini söyləyib: “Danışıqların uğursuz olacağı təqdirdə digər variantlara da əl atmağa hazırıq. Biz İranın təhdidlərinə qarşı İsrail başda olmaqla bütün müttəfiqlərimizlə işləməyə davam edəcəyik. Özümüzü, dostlarımızı və maraqlarımızı müdafiə edəcəyik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı